XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 April 2015 - 14:28

Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya hərbi müdaxilə edə bilər

Türkiyə və Səudiyyə Ərəbistanının Suriyalı müxaliflərlə sövdələşmələri baş tutarsa, iki ölkə Bəşər Əsəd rejiminə qarşı birgə hərbi əməliyyata başlaya bilərlər. Gözlənilən əməliyyat zamanı Türkiyə qurudan, Səudiyyə Ərəbistanı isə havadan müxalifləri dəstəkləyəcək.

ABŞ-in tanınmış portallarından olan “Huffington Post” bu barədə məlumat yayıb. Strateq.az-ın bildirir ki, portala görə, tərəflər arasında vasitəçilik edən Qətər əmiri Şeyx Təmim bin Həmid əl – Tanidir. Razılıq əldə olunsa, müttəfiqlərin ABŞ-ın icazəsini almadan hərəkətə keçəcəkləri bildirilir.

Qeyd edək ki, bir ay öncə Türkiyə Prezidenti Ərdoğan Səudiyyə Ərəbistanına səfər etmiş, Yaxın Şərq problemini Səudiyyə kralıyla masaya yatırmışlar. Mümkündür ki, bu gün yayılan xəbər də həmin müzakirələrin nəticəsidir.