XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2018 - 15:58

Əli Əliyev:“Rusiyadakı seçkilər bizim üçün çox ciddi önəm kəsb edir”

“Reallıqdır ki, Rusiyadakı siyasi proseslər Azərbaycana hərtərəfli təsir göstərmək gücündədir. Bu seçkilər də bizim üçün çox ciddi önəm kəsb edir. Hətta bir müddət öncə mətbuata bildirmişdim ki, Azərbaycanda normal seçkilərin keçirilməsi üçün hökumətin Rusiyadakı seçkilərin nəticələri məlum olmamış ölkəmizdəki seçkiləri önə çəkməyi daha məqsədəuyğun olar.

Bu sözləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Azərbaycan vətəndaşı olaraq Rusiyadakı seçkilərin perspektivini və Azərbaycana təsir imkanlarını musavat.com-a şərh edərkən deyib.

Onun sözlərinə görə, 18 martda Rusiyada seçkilər keçirilir və onun rəsmləşməsi ən azı 10 gün çəkəcək: “O zaman yerini möhkəmlətmiş yeni prezidentin 2013-cü ildəki kimi təzyiqlərinə məruz qalmamaq üçün seçkilər önə çəkilir. Hətta bunun işartıları da göründü. Zahid Orucun parlamentdəki məlum açıqlamasını burada misal çəkmək olar. Bununla bağlı parlamentdə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması və qanuna dəyişiklik edilməsi, seçki müddətinin 60 günə endirilməsi də buna sübutdur. Həmin qanunun günlər öncə imzalanması bizim versiyalarımızın gündəmdə qalmasına şərait yaradır.

Ə.Əliyevin sözlərinə görə, Rusiyada əsas iddiaçı Navalni idi. Onu da seçkiyə buraxmadılar: “Liberal kəsimin nümayəndəsi guya Sobçakdır. O da Putinin rəqibi ola bilməz. Zəif alternativdir. Yerdə qalan müxalif namizədlər də Putinə alternativ olma gücündə deyillər. Açıq görünür ki, Putin bu seçkilərdə qalib gələcək və biz növbəti altı ildə də Putinin bölgə, dünya ilə bağlı siyasi layihələrinin şahidi olacağıq. Azərbaycan vətəndaşı, siyasətçi kimi istərdim ki, Putinin imperiya təfəkkürü dəyişmiş olsun. Amma bunun olmaması Azərbaycanın da dövlət müstəqilliyini təhdid edir və bundan sonra da etməsi gözlənilir”.