XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 16:51

“Həm təcrübəsi, həm şəxsi kriteriyaları baxımından prezidentliyə ən uyğun namizəd İsa Qəmbərdir” –Sərdar Cəlaloğlu

"Bu gün Azərbaycanın müxalifət düşərgəsindən dövlətin birinci şəxsi vəzifəsinə iddialılar arasında az və ya çox dərəcədə həm təcrübəsi, həm özünün şəxsi kriteriyaları baxımından ən uyğun namizəd İsa Qəmbərdir”.

Strateq.az xəbər verir ki, bu sözləri modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər haqqında danışarkən deyib: "Əbülfəz Elçibəy indi olmadığına görə, mən, hesab edirəm ki, İsa Qəmbər müxalifətin bu missiyasını yerinə yetirməyə hələlik tək və yeganə lider sayıla bilər”.

S.Cəlaloğlu deyib ki, İsa Qəmbər istefa verib gedəndən sonra Müsavat Partiyası parçalanmağa başladı: "Bəzən biz şəxsiyyətin rolunu azaldırıq. Amma istəsək də, istəməsək də bir şeyi bilməliyik ki, xüsusən siyasi partiyanın formalaşmasında şəxsiyyət amili çox böyük rol oynayır. Çünki burada lider həm də imicmeyker rolunda çıxış edir. Bu baxımdan İsa Qəmbərin Müsavatdan getməsi Müsavatın siyasi partiya kimi taleyini həll etdi”.

Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər ötən həftəsonu evində infarkt keçirib. Bundan sonra təcili yardımla Mərkəzi Klinikaya aparılıb. Ürəyinə stent qoyulduqdan sonra vəziyyəti yaxşılaşıb.