XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

17 Yanvar 2018 - 17:18

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü- BBQ müzakirə olunacaq bəzi məsələləri açıqlayıb

Yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşdə ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi müzakirə ediləcək.

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun (BBQ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yayımladığı son məqalədə deyilir.

Məqalənin müəllifi, BBQ-nun Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Maqdalena Qrono bu məlumatı sülh prosesinə yaxın diplomatdan əldə etdiyini qeyd edir: “Tərəflər hələ də şərtlərlə bağlı razılığa gəlməyib. Bakı hazırkı ofisdə hər hansı dəyişiklik olmadan, yüngül dəyişikliklərin edildiyi razılaşma istəyir. Ermənistan yeni heyət və yeni məsuliyyətlərlə birlikdə daha geniş razılaşma tərəfdarıdır. Dağlıq Qarabağda isə daha çox təmas xəttinin sıx məskunlaşmış hissəsində daimi ATƏT müşahidəçilərinin olmasını istəyirlər. Onlar etimad tədbirləri qismində araşdırma mexanizmlərinin işə salınması ehtimalının daha aşağı olduğunu deyir”.

Müəllif yazır ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin oktyabrında keçirilən görüşü zamanı onlar substantiv danışıqların aparılmasına, təhlükəsizlik və etimad yaratma tədbirlərinə sadiqliklərini bəyan ediblər: “Artıq yeni ümidlər yaranıb ki, diplomatiya yeni eskalasiyanın qarşısını ala bilər. Lakin belə bir risk də var ki, görüşlər nəticəsiz olarsa, bu, diplomatik danışıqların pozulmasına, münaqişənin güc yolu ilə həllinin düşünülməsinə gətirib çıxara bilər. Bundan yayınmaq üçün təhlükəsizlik sahəsində irəliləyiş əldə olunmalı, eyni zamanda siyasi müzakirələr bərpa edilməlidir. Lakin bir çox münaqişədə olduğu kimi, siyasət və təhlükəsizlik bir-birini əsir alıb. Ermənistan tərəfi münaqişənin gələcək həllində substantiv danışıqların bərpasından öncə təhlükəsizlik və etimadyaradıcı tədbirlərin görülməsini təkid edir. Azərbaycan isə öz növbəsində gələcək razılaşma üzrə danışıqlar aparmadan "status-kvo"nun möhkəmlənməsindən narahat olaraq, Ermənistanın istədiyi tədbirlərə həvəssiz yanaşır”.