XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 16:10

Fransanın Yerevandakı səfiri:"Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi dəyişməzdir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Fransanın Yerevandakı səfiri Conatan Lakot deyib.

O bildirib: “Münaqişənin həllinə yönəlmiş istənilən görüş bizim üçün arzuolunan və gözləniləndir. Bu məsələ yalnız danışıqlar yolu ilə həll edilə bilər”.

Qeyd edək ki, yanvarın 18-i Azərbaycan və Ermənistan XİN rəhbərlərinin vasitəçilərinin görüşü keçirilib. Bu gün isə Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüşün keçirilməsi planlaşdırılır.