XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2018 - 15:20

YAP üzvlərinin sayı açıqlanıb –Hakim partiyanın nə qədər üzvü var?

"Yeni Azərbaycan Partiyasının (YAP) sıralarının genişlənməsi ötən il ərzində də davam edib, il ərzində 24 min nəfərdən çox yeni üzv qəbul edilib".

APA-nın YAP-ın saytına istinadən verdiyi məlumata görə, baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov partiyanın İdarə Heyətinin yanvarın 19-da keçirilmiş növbəti iclasında deyib.

O bildirib ki, partiya üzvlərinin sayı 710 min nəfəri keçib: "Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib", – deyə Ə. Əhmədov qeyd edib.