XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 10:26

MSK prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

"Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi yanvarın əvvəlindən başlayıb: "Hazırda seçici siyahılarının dəqiqləşdirməklə məşğuluq. Fevralın 5-nə qədər məntəqələr səviyyəsində dəqiqləşdirmələr başa çatacaq. Sonra məntəqələrdə yığılan məlumatlar dairələrə çatdırılacaqdır və may ayının axırına qədər işlərə yekun vurulacaq".

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.