XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

20 Yanvar 2018 - 12:16

Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək- Fevralda

Fevral ayında Xəzərin statusuna dair işçi qrupunun iclası keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov qeyd edib ki, razılaşdırılmış konvensiya layihəsinin ingilis dilində mətni və digər mətnlər üzrə texniki işləri başa çatdırılmalıdır: “Bununla bağlı işçi qrupunun iclası olacaq. İşçi qrupunun görüşü fevralda keçirilə bilər”.

Nazir müavini əlavə edib ki, Qazaxıstanda Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı keçiriləcək sammitin tarixi məhz təşkilatçı ölkə tərəfindən irəli sürülməli, tarixi isə digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır:

“Bundan əvvəl sammitin ilin birinci yarısında keçirilməsi nəzərdə tutulurdu. Lakin hər şey Qazaxıstan rəhbərliyindən asılıdır, çünki sammiti qəbul edən tərəf onlardır”.