XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

22 Yanvar 2018 - 09:40

Bu gün AŞPA-nın qış sessiyası başlanır –Serj Sərkisyan çıxış edəcək

Bu gün Fransanın Strasburq şəhərində AŞPA-nın (Avropa  Şurası Parlament Assambleyası) qış sessiyası başlayır.

Sessiya yanvarın 26-dək davam edəcək. Sessiyanın ilk günü AŞPA-nın prezident, vitse-prezidentləri və qurumun insan haqları üzrə komissarı seçiləcək.

 “Konfliktlər və onların humanitar fəsadları” mövzusuna həsr edilmiş sessiya çərçivəsində Avropadakı münaqişələr, bu konfliktlərdən əziyyət çəkən insanların yaşadığı çətinliklər, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasının və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılacaq. AŞPA-nın qış sessiyası zamanı yanvarın 24-də Ermənistan prezidenti Serj Sərkisyanın çıxışı gözlənilir.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov isə sessiyanın sonuncu günü – yanvarın 26-da “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək. (APA)