XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

24 Yanvar 2018 - 17:12

Fransa prezidentindən “Qarabağ” bəyanatı:“Bu, dondurulmuş münaqişə deyil”

“Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, hazırkı status-kvo isə qeyri-sabitdir”.

Strateq.az bildirir ki, bu sözləri Fransa prezidenti Makron Ermənistanlı həmkarı Serj Sərkisyanla görüşü zamanı deyib.  Məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Makron bildirib ki, yalnız danışıqlar yolu regionun bütün xalqları üçün problemin uzunmüdətli həllinə imkan verəcək: “Bu, tərəflərdən konkret hərəkət və cəsarətli güzəştlər tələb edən qərar olacaq. Cenevrədə yenilənmiş danışıqlar prosesi ümidverici olub. Bütün bu danışıqların arxasında konkret hərəkətlər dayanmalıdır”.

 Makron qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının Polşada  konstruktiv atmosferdə keçirilən görüşü prosesi irəli aparmağa ilhamlandırıb: “Biz yaxşı başa düşürük ki, bu proses hələlik çox kövrəkdir, yerlərdə situasiya isə qeyri-sabitdir. Odur ki, bərpa olunmuş dialoq prosesinin konkret inkişafa gətirib çıxarması çox mühümdür”.

Makron bildirib ki, Fransa bundan sonra da Qarabağ münqaişəsinin həllində tərəfsiz vasitəçi roluna sadiq qalacaq.

Strateq.az