XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 21:11

“AŞPA-da üzv ölkələrə münasibətdə ikili standartlar var” –Səməd Seyidov

"Avropa Şurası Parlament Assambleyasında üzv ölkələrə münasibətdə ikili standartlar var". 

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən müzakirələrdə deyib.

Onun sözlərinə görə, Avropa Şurasına üzv dövlətlərə qarşı qeyri-obyektiv yanaşmalar hələ də davam edir: "Hesab edirəm ki, AŞPA daxilində monitorinq prosedurunda da dəyişikliklər etməliyik. Biz ölkələrdə insan hüquqları məsələlərini təhlil edərkən daha obyektiv olmağa çalışmalıyıq. Təəssüf ki, üzv dövlətlərin bir hissəsində baş verənlər nəzərə alınmır, digərləri isə daim tənqid atəşinə tutulur. Əgər Fransa, Almaniya, Böyük Britaniya və Avropa Şurasına üzv olan digər ölkələrdəki vəziyyəti təhlil etsək, çox mühüm məsələlərin üzərində dayana bilərik. Bu məsələlərə İslamafobiya, ksenofobiya kimi mənfi fenomenləri misal göstərmək olar. Təəssüflər olsun ki, AŞPA daxilində dövlətlərə münasibətdə fərqli yanaşmalar mövcuddur".

Report