XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 09:25

Ərdoğandan Avropaya və Ermənistana sərt mesaj: “Bir qulağımızdan girib, o birindən çıxar”

“Avropa Parlamenti hansı qərarı verirsə, versinlər, bir qulağımızdan girib, o birindən çıxar. Türkiyənin belə bir cinayəti qəbul etməsi mümkün deyil”.

Bu sözləri Qazaxıstana səfəri öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Avropa Parlamentində qondarma erməni soyqırımın müzakirəsi məsələsinə dair suala cavabında belə deyib: öz ölkəsindən qaçıb Türkiyədə yaşayan ermənilər var. Biz onları deportasiya edə bilərdik. Amma etmədik. Erməni vətəndaşlara qarşı pis münasibət göstərmişik? Onların ölkəmizin hər cür imkanından faydalanmaqla bağlı heç bir sıxıntısı yoxdur”.

Dövlət başçısı Vandakı Akdamar kilsəsinin dövlətin hesabına təmir edildiyini də xatırladıb: Biz niyə millət olaraq və ya media olaraq müdafiədə dayandığımızı anlamaqda çətinik çəkirəm. Mənim prezident olaraq müdafiə olunmağa ehtiyacım yoxdur. üzərimizidə soyqırım adlı bir ləkə yoxdur”.

Türkiyə dövlət başçısı Ermənistan başda olmaqla parlamentlərinin qapısı onlara açanlara da səsələnib: “Hazırda mənim ölkəmdə vətəndaş və ya vətəndaş olmayan yüz min erməni var. Görəsən, onların ölkəsində neçə erməni var?”(Ans)