XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 17:36

Mirmahmud Mirəlioğlu:“"Facebook" bütün dünyaya xeyir gətirdi, təkcə Azərbaycandan başqa...”

“Qarşıdan gələn prezident seçkilərində namizəd olub-olmayacağım barədə fikrimizi partiyanın qərarından sonra açıqlayacağıq. Ali Məclis və qurultay hansı qərarı təklif eləyəcəksə, ona uyğun da şəxsi qərarım olacaq.

Bu sözləri publika.az saytına müsahibəsində KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.

O, seçkilərdə daha güclü namizədin xeyrinə geri çəkilməklə bağlı perspektivi açıqlamayıb: “Bu gün nə mənim namizədliyim var, nə də namizədlərin adı hələ tam açıqlanıb”.

M.Mirəlioğlu 2003-cü ildə Müsavat başqanı İsa Qəmbəri dəstək verdiklərini xatırladıb və qeyd edib ki, yenidən belə bi qərarın olub-olmayacağını zaman göstərər: “Məncə, vəziyyət bir az fərqli olacaq”.

KXCP sədri sosial şəbəkələrdə fəal olmadığını bildirib: “Mən sosial şəbəkədə əvvəldən yoxam, sonra da lüzüm görməmişəm. Nə etməliyəm, bütün ordakı söyüşlərə cavab verməliyəm? Sosial şəbəkə bütün dünyaya xeyir gətirdi, təkcə Azərbaycandan başqa. Sosial şəbəkə Azərbaycanda insanların nə qədər və neçə mərtəbə söyüş söymək qabliyyətinə malik olduğunu ortalığa çıxardı. Sosial şəbəkələr Azərbaycana qan gətirdi, gənclərimiz bir-birlərini öldürdülər. Amma dünyaya xeyir verdi.