XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 January 2018 - 17:51

Litvanın baş naziri:“Putin atom silahını tətbiq etməklə bağlı təlim keçirib” – MÜSAHİBƏ

Culan Röpke,“Bild” jurnalı

 

Litvanın baş naziri Saulyus Skvernyalis (Saulius Skvernelis) çətin vəziyyətdədir. 2016-cı ilin dekabrından bu postu tutan hökumət başçısı Litvadan əhali axınının qarşısını almaq üçün Avropa investisiyalarına ümid edir. Litva bir tərəfdən Rusiyanın Kalininqrad vilayəti, digər tərəfdən ötən il Rusiya ilə birgə böyük hərbi əməliyyatlar keçirən Belarusla həmsərhəddir. Bu təlimlərin ssenarisində Litvanın işğal edilməsi də yer almışdı. Ona görə iqtisadi vəziyyətlə yanaşı təhlükəsizlik məsələsi də 47 yaşlı siyasətçinin əsas qayğılarından biridir.

“BILD” nəşri Skvernyalis ilə ölkənin ən vacib problemləri və çətinliklərindən söhbət aparıb. Bu zaman baş nazir Almaniyanın NATO çərçivəsində hərbi əməliyyatları barədə yüksək fikirdə olduğunu bildirib, həmçinin Almaniya-Rusiya “Şimal axını – 2” separatçı layihəsini tənqid edib.

– BILD: İqtisadi vəziyyətdən başlayaq. Almaniyanın  avtomobil hissələri istehsal edən “Continental” şirkətinin 95 milyon avro məbləğində investisiyası ölkə əhalisinin davam edən axınının qarşısını necə ala bilər?

– Saulyus Skvernyalis: Birbaşa xarici investisiya bizim üçün çox vacibdir. Bu, yalnız iqtisadiyyatımızı inkişaf etdirmək üçün yox, həmçinin əhali axınının qarşısını almaq üçün lazımdır. Birbaşa investisiyalara gəldikdə, Almaniya əhəmiyyətinə görə AB-nin üçüncü ölkəsidir və son vaxtlar sənaye investisiyalarında iştirak etdiyimiz üçün çox şadıq. Burada ilk növbədə “Continental” şirkətini qeyd etmək lazımdır. İndiyə qədər əsasən xidmət sahəsinə investisiyalar alırdıq, lakin belə yatırımlar etibarlı deyil, istənilən an ünvanını dəyişə bilər. Ona görə “Continental” şirkətinin avtomobil elektronikası istehsal edən zavodu Litva iqtisadiyyatı üçün vacibdir və biz Almaniyanın bütün investisiyalarını yüksək qiymətləndiririk. İcazə verin fürsətdən istifadə edib, başqa alman investorlarını Litvaya dəvət edim. Hökumətimiz hər bir kreditor üçün fərdi paket təklif etməyə hazırdır.

— Bu yaxınlarda Litvaya nəinki alman investorları, həmçinin alman əsgərləri gəlməyə başlayıb. Rusiya hərbi formada olan təxminən 600 nəfər kişi və qadını “provokasiya” hesab edir. Bəs siz bunu necə adlandırardınız?

— Təhlükəsizliyə gəldikdə, NATO-nun qabaqcıl mövqeləri gücləndirmək qərarı çox vacib qərardır və Almaniya bu missiya çərçivəsində Litvada aparıcı ölkə olub. Buna şadam və şəxsən Rukledə alman əsgərlərini ziyarət etmişəm. Almaniya ölkəmizin təhlükəsizliyini və sabitliyini təmin edən aparıcı NATO ölkəsidir. Heç bir halda söhbət “provokasiyadan” getmir, söhbət başqa ölkənin mümkün provikasiyalarına cavabdan gedir. Qeyd etmək istərdim ki, Litva əhalisinin 80%-i bu missiyanı dəstəkləyir.

— Başqa dövlətin provokasiyası dedikdə, ötən il sentyabrda Rusiyanın keçirdiyi “Qərb-2017” təlimlərini də nəzərdə tutursunuz? Axı rəsmi şəkildə Rusiya sizin sərhədləriniz boyu “anti-terror təlimləri” keçirib.

— Bu cür təlimlər mütəmadi şəkildə keçirilir, ona görə bu, sərhədlərimiz boyu baş verən ilk hadisə olmayıb. Lakin aldığımız məlumata əsasən, ilk dəfə müdafiə ssenarisi deyil, hücum ssenarisi yoxlanılıb. Nüvə silahından mümkün istifadə də təlimlərə daxil edilib. Bu, birmənalı şəkildə “anti-terror təlimləri” olmayıb. Belarus tərəfi şəffaflıq nümayiş etdirsə də, Rusiya tərəfində eyni açıqlığa şahid olmadıq.  

— Digər iqtisadi məsələ “Şimal axını – 2” boru kəməri layihəsidir. Almaniya və Rusiya qəti şəkildə bu layihənin reallaşdırılmasını istəyir, ancaq Baltikyanı ölkələrin əksəriyyəti layihədən imtina edir. Bəs bu məsələ ilə bağlı sizin mövqeyiniz necədir?

— “Şimal axını – 2” layihəsinə iqtisadi layihədən daha çox, siyasi layihə kimi baxırıq. Onun əsas məqsədi rus qazının Ukraynadan yan keçməklə Qərbi Avropaya nəql etməkdir. Rusiya bunu rəqabəti pozmaq və başqa ölkələrin iqtisadi zəminini sarsıtmaq üçün edir. Ona görə layihə Avropa Enerji Şurasının məqsədlərinə ziddir. Üstəlik, layihə Almaniyanın bir tədarükçüdən asılılığını artırır. Bunun yerinə enerji mənbələrimizi artıracaq və bizi bir tədarükçüdən asılı vəziyyətə salmayacaq birgə layihələr həyata keçirməliyik. Litva yeganə tədarükçüdən, məhz “Qazprom”-dan asılılığın nə demək olduğunu çox yaxşı bilir. Yalnız təchizatımız üçün alternativ mənbələr yaratdıqdan sonra yenidən Rusiya ilə normal iş apara bildik.

— Sonuncu sualımız paytaxtınızın 50 kilometrliyində Rusiyanın inşa etdiyi Ostrovets AES-i haqqındadır. Avropa stansiyanın şəbəkəyə qoşulmasının qarşısını almaq üçün daha nə edə bilər?

— Bu məsələ ilə bağlı kansler Merkel (Angela Merkel) və Avropa Birliyinin prezidenti Jan-Klod Yunker(Jean-Claude Juncker) də daxil olmaqla, AB-nin bir sıra dövlət başçıları ilə çoxsaylı görüşlər keçirmişəm. Və bütün görüşlərdə bu məsələni qaldırmışam ki, Ostrovets stansiyası təhlükəsizlik üzrə beynəlxalq standartlar və beynəlxalq hüquq normalarının hamısı nəzərə alınmaqla inşa edilmir. Mövqeyimiz birmənalıdır: bu problem yalnız Litva və Belarusa toxunmur, onunla Avropa Komissiyası məşğul olmalıdır. Avropa liderləri və Avropa Komissiyası başa düşməlidir ki, bu atom elektrik stansiyası bütün beynəlxalq normalara ziddir. Belə olduğu təqdirdə, onun istismara verilməsinə mane olmaq üçün əlimizdən gələn hər şeyi etməliyik – biz də bunu edirik.

Expressa.net