XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

29 Yanvar 2018 - 12:31

Azərbaycanda Mərkəzi Cümhuriyyət Parkının salınması təklif edilir –Deputat məsələ qaldırdı

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında Azərbaycanda Mərkəzi Cümhuriyyət Parkının salınmasını təklif edib.

APA-nın məlumatına görə, komitə sədri bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin olmasını xatırladıb: “Orada Cümhuriyyət tarixində rolu olanların abidəsi, tarixi salnamələr və s. ucaldıla bilər ki, yeni nəsillər mütəmadi bununla canlı tanış olsun”. SSRİ dövründə 26 Bakı Komissarı bağını və onun təbliğatda rolunu xatırladan komitə sədri bildirib ki, milli cümhuriyyət parkının olması təqdirəlayiqdir.