XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

29 Yanvar 2018 - 23:05

Moskvanın Azərbaycana silah satması ABŞ-ı narahat etmir –Rusiyalı ekspert

ABŞ Rusiya silahlarının Azərbaycana təchizatına göz yumur, çünki Vaşinqton Bakıya regionda özünün strateji tərəfdaşı kimi baxır.

Bu barədə virtualaz.org-a ABŞ-ın Rusiya müdafiə sektoru müəssisələri ilə sövdələşmələrə görə dünyanın istənilən ölkəsinin fiziki və hüquqi şəxslərinə sanksiyalar tətbiq ediləcəyinə dair qərarını şərh edərkən Rusiyanın Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsıqanyuk deyib. Ekspert hesab edir ki, ABŞ Azərbaycanın hərbi potensialının zəifləməsində maraqlı deyil: “Ermənistana münasibətdə isə, Rusiyanın müttəfiqi kimi, sanksiyaların tətbiqi tamamilə mümkündür. Amerikalılara bu regionda daim gərginlik lazımdır və hər şey edəcəklər ki, ölkələr arasında balans pozulmasın. Bir tərəfdən, ABŞ Rusiya silahlarının Azərbaycana təchiatı ilə bağlı susacaq, digər tərəfdən, bu yolla Ermənistanı cəzalandıracaq. Lakin yaddan çıxarmaq olmaz ki, ermənilərin ABŞ-da güclü diasporu var və onlar bu sanksiyalardan yan keçməyin yollarını tapacaqlar. Bundan başqa, Bakı kimi Yerevan da Rusiya silahlarını üçüncü ölkələr vasitəsilə əldə edə bilər.

Bir sözlə, nə Azərbaycan, nə də Ermənistan Rusiya silahlarının çatışmazlığını hiss etməyəcəklər. Amma türklərin işi çətin olacaq, çünki ABŞ əvvəlcədən Rusiya silahlarının Türkiyəyə təchizatının əleyhinə idi və S-400 komplekslərinin bu ölkəyə çatdırılması çətinəşəcək. Lakin heç bir sanksiyaya baxmayaraq, Rusiya dünyanın ən böyük silah təchizatçılarından biri olaraq qalır və qalacaq”, – A.Tsıqanyuk deyib.