XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

29 Yanvar 2018 - 23:30

Azərbaycanda deputatlar nə qədər maaş alır? –Rəqəmlər

 

Deputatlar tez-tez maaşlarının az olmasıdan şikayətlənirlər.

2018-ci ilin büdcə müzakirələri zamanı deputat Siyavuş Novruzov da, əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif etmişdi. Bəs, deputatlar nə qədər əmək haqqı alırlar? Həqiqətənmi, onların əmək haqqı kifayət qədər deyil? Minval.İnfo xəbər verir ki, deputatların maaşı qanun əsasında müəyyənləşir. Milli Məclisin Sədri üçün 2250 AZN nəzərdə tutulur. Millət vəkilləri isə bu məbləğin 70 faizi dəyərində – 1575 AZN məvacib alırlar. Üstəlik deputatlar aylıq vəzifə maaşlarının 50 faizi pul təminatı alır və bu məbləğ üçün vergi tətbiq edilmir. Beləliklə, aylıq deputat maaşı 2362 AZN-a yüksəlir. Nümayəndəlik səlahiyyətlərinin yerinə yetirilməsinə görə isə, il sonunda hər millət vəkilinə 3150 AZN əlavə ödənilir. Əgər millət vəkili təqaüdçü, komitə sədri və ya Milli Məclisin Sədridirsə onun aylıq gəliri 5000 AZN-a çatır.

Azərbaycanda minimum əmək haqqı 130 AZN, yaşayış minimumu isə əmək qabiliyyətli insanlar üçün 183 AZN, təqaüdçülər üçün 144 AZN, uşaqlar üçün isə 154 AZN nəzərdə tutulub. Deməli, iki əmək qabiliyyətli, bir uşaq, bir də təqaüdçüdən ibarət ailənin minimum aylıq ehtiyacı 664 manat kimi hesablanıb.

Sadə bir vətəndaşla müqayisədə, deputatı əlavə xərclərdən xilas edəcək üstünlükləri də var: Deputat ölkə daxili nəqliyyat xərclərindən azaddır, üstəlik xidməti avtomobillə də təmin edilir. Millət vəkillərinin dövlət tərəfindən ev və köməkçi təminatı kimi imtiyazları var. Deputat ildə iki dəfə olmaqla 3500 AZN məzuniyyət pulu da əldə edir.

Bu hesabla məlum olur ki, bir deputatın aylıq təxminən 2500 AZN gəliri var.