XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

29 Yanvar 2018 - 23:50

“Nalbəndyanın çıxışı riyakarlıq və saxta emosiyadan başqa bir şey deyil” –XİN

“Ermənistan xarici işlər nazirinin bir-birini təkrarlayan açıqlamalarına xüsusi şərh verməyə lüzum görmürük. Onun beynəlxalq ictimaiyyəti, yoxsa erməni xalqını aldatmağa cəhd göstərdiyini başa düşmək çox çətindir. Məsələlərin dərin mahiyyətinə bələd olan şəxslər bilirlər ki, onun dedikləri reallıqdan tamamilə kənardır. Ermənistan xarici işlər nazirinin çıxışı riyakarlıq və saxta emosiyadan başqa bir şey deyil.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-in sorğusuna cavab olaraq bildirib.

Nazirliyin sözçüsü qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması məsələsi bilavasitə substantiv və məntiqi danışıqlardan asılı köməkçi vasitədir. Krakovda münaqişənin həlli ilə əlaqədar çox məntiqli danışıqlar aparılıb. Bu kimi çıxışları gördükdə Ermənistanın nəyə görə mövcud siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olduğunu anlamaq çox asandır. Erməni xalqı özü kimlərin ölkə rəhbərliyində olduğunu görüb nəticə çıxarmalıdır.