Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşəcək.
Bu barədə özəl olaraq Trend-ə Avropa İttifaqı Şurasının mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədyarov və F.Mogerini fevralın 9-da keçiriləcək Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasına sədrlik edəcəklər.
Qeyd edək ki, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası 2013-cü ildə keçirilib.