XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 10:35

BAŞ NAZİRİN MÜAVİNİ YAP-ın PREZİDENTLİYƏ NAMİZƏDİNİ AÇIQLADI –İlham Əliyev

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi – sədr müavini, baş nazirin müavini Əli Əhmədov YAP gənclərinin hakim partiyanı layiqincə təmsil etdiyini, layiqli varis olduğunu vurğulayıb: "Gənclərin qarşısında mühüm vəzifələr dayanır. Bunlardan biri gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməlidir. Bu ilin oktyabr ayında prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası növbəti dəfə prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək. İlham Əliyevin cəmiyyətdə yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır. Gənclər də seçkilərin yüksək səviyyədə keçməsi üçün fədakarlıqlar etməlidir. Əminəm ki, gənclər bunu dərk edirlər".

Baş nazirin müavini partiya sıralarında təmsil olunan gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırıb: "Cəmiyyət qaçılmaz surətdə yeni texnologiyalardan asılı vəziyyətə düşüb. Ona görə də gənclər ictimai, sosial mesajların çatdırılmasında sosial şəbəkələrdən istifadə etməlidir. Gənclər onsuz da vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Ona görə də sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edilməlidir. Biz gənclərimizin sosial şəbəkələrdə fəallığının yüksək olmasını arzulayırıq".

Tədbirdə bir qrup gəncə YAP vəsiqələri təqdim olunub.

APA