"Xocalı faciəsinin 26-cı ildönümünə az vaxt qaldığı bir zamanda Avropa Şurası Parlament Assambleyasında çıxış edən Ermənistan Prezidenti Serj Sərkisyan Sumqayıt hadisələrindən danışdı. Görünən odur ki, ermənilər 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrini xatırlatmaqla bundan bizə qarşı istifadə etməyə çalışırlar".
Bunu Milli Məclisin yaz sessiyasında çıxış edən millət vəkili Fazil Mustafa deyib.
Deputat vurğulayıb ki, əslində Sumqayıt hadisələrinin erməni əsilli Qriqoryan tərəfindən törədilməsini sübut edən sənədlər var: “Bununla bağlı Respublika Prokurorluğunda zamanında ciddi araşdırma aparılıb”.
Deputat əlavə edib ki, Xocalı faciəsinin ildönümünə 25 gün qalıb və indidən bütün təbliğat vasitələrini işə salmaq lazımdır:
“Görünən odur ki, ermənilər Xocalı hadisəsindən bizə qarşı istifadə etmək istəyir. Fikrimcə, biz bunu nəzərə almalı və beynəlxalq mediaya çıxış imkanlarından geniş istifadə etməliyik”.
Teleqraf.com