XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 17:55

Qoşulmama Hərəkatının nazirləri Bakıda konfrans keçirəcək –XİN media nümayəndələrinə müraciət etdi

Bu il aprelin 5-6-da “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı Bakıda keçiriləcək.

Strateq.az XİN-ə istinadən bildirir ki, nazirlər konfransına hazırlıq məqsədilə 3-4 apreldə yüksək vəzifəli məmurlar səviyyəsində iclas olacaq:

"Konfransda Qoşulmama hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcəklər. Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir".

Qoşulmama hərəkatının 5-6 aprel tarixlərində Bakıda keçiriləcək aralıq nazirlər toplantısı ilə əlaqədar www.nambaku.org ünvanda xüsusi internet saytı yaradılıb: "Yerli və xarici media nümayəndələrinin onlayn akkreditasiyası saytın qeydiyyat (Registration/For Media) bölməsi vasitəsilə aparılır. Tədbirdə iştirak etmək niyyətində olan media nümayəndələrinin 12 mart 2018-ci il tarixinədək onlayn qaydada akkreditasiyadan keçmələri xahiş olunur".

O da bildirilib ki, 2019-cu ildə Azərbaycan Respublikası Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək: "2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama hərəkatının sədri olacaq".