Xəbər verdiyimiz kimi, dünən Moskva şəhərində Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (FMMM) “Azərros”un növbədənkənar keçirilən VI qurultayında Söyün Sadıqov bu qurumun yeni prezidenti seçilib.
O bildirib: “Bundan sonra fəaliyyətimizi daha gücləndirəcəyik və Azərbaycana xəyanət edən şəxslərin bu təşkilatda fəallaşmasına imkan verməyəcəyik”.
Məsələ ilə bağlı Hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb.
O bildirib ki, Söyün Sadıqov siyasi tərəfində dəyişiklik etdiyinə görə, onu Azərbaycan üçün Abbas Abbasovdan daha etibarlı adam saymaq olar:
“Azərros”un bünövrəsini elə Söyün Sadıqov qoyub. İndi iki eyni adlı qurum var. Biri Abbas Abbasovun rəhbərliyi altında olan parçalanmış “Azərros” və Sadıqovun qurumu. Onların arasında bu dəqiqə dava gedir. Bir- biriləri ilə”qanlı bıçıq”dırlar. Bildiyimə görə, Söyün Sadıqov hazırda Azərbaycanın mövqeyini müdafiə edir. Lakin əvvəl belə deyildi. Azərbaycan diasporu ilə də əməkdaşlıq edir. O keçmiş KKB mayorudur. Rusiyanın da vətəndaşıdır. Ancaq hər halda Abbas Abbasovdan yaxşı olar.çünki tövbə edib bu tərəfə keçmiş adamdır”.