XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

05 Fevral 2018 - 17:18

ADP İdarə Heyəti toplandı –Növbədənkənar seçki ilə bağlı hakimiyyətə çağırış edildi

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, toplantıda ölkənin ictimai-siyasi həyatına dair bir sıra məslələr müzakirə edilib.

Müzakirə iştirakçıları ilk növbədə ötən həftə “Economist Intelligence Unit” təşkilatının açıqladığı illik Demokratiya İndeksində Azərbaycanda hüquqi, demokratik, geriləmələr, qanunun aliliyi prinsipinin pozulması, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, avtoritar dövlət idarə etmənin mövcudluğu barədə səsləndirdiyi fikirlərə münasibət bildirib və bu hesabatın Azərbaycan reallıqlarını obyektiv əks etdirdiyini diqqətə çatdırıblar.

Partiya yetkililəri hakim elitanı bu hesabatdan nəticə çıxarmağa ölkənin iqtisadi siyasi inkişafına yol açan, sosial tərəqqini təmin edən demokratik addımlar atmağa, idarəetmədə olan avtoritar və totalitar meylləri aradan qaldırmağa, qanunun aliliyi prinsipi, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı beynəlxalaq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

İdarə Heyəti ABŞ-ın federal xəzinədarlıq idarəsinin sanksiya siyahısına separatçı qondarma "Donets Xalq Respublikası"nın rəhbər heyətinin salınmasını təqdir edib, eyni zamanda, anoloji olaraq qondarma “Dağlıq Qarabağ” rejiminə bu cür sanksiyaların tətbiq edilməməsini eyni tip münaqişələrə ikili standartlardan yanaşma kimi dəyərləndirib və Azərbaycan hakimiyyətini bu sahədə lobbiçilik fəaliyyətini gücləndirməyə çağırıb.

İdarə Heyəti Rusiyanın Federasiya Şurasının “Cənubi Osetiya hərbi birləşmələrinin Rusiya ordusu tərkibinə daxil olması qaydaları haqda” ikitərəfli sazişi ratifikasiya etməsini və V.Jirinovskinin Qarabağ probleminin və postsovet məkanında bu tipli münaqişələrin yeganə həll variantı kimi milli sərhədlər saxlanılmaqla, Rusiya ilə birləşməyin vacibliyi ilə bağlı sərsəm, avantürist bəyanatını qətiyyətlə pisləyib və bu addımların beynəlxalq hüquqa, ölkələrin suverenlik və ərazi bütövlüyünə qarşı yönəlik hərəkət olmaqla yanaşı bu bəyanatın yeni dünya müharibəsinə yol açması kimi dəyərləndirib. Partiya rəsmiləri müstəqil dövlətləri bu cür imperialist düşüncəli hərəkətlərə qarşı vahid mövqedən çıxış etməyə, Rusiyanın ölkələrin müstəqilliyinə qarşı yönəlmiş hərəkətlərinə qarşı birgə mübarizə aparmağa çağırıb.

İdarə Heyəti tanınmış vəkil A.İsmaylova qarşı qondarma ittihamlar irəli sürülərək onun barəsində məhkəmə qurulmasını qətiyyətlə pisləyib bu hadisəni ölkədə hökm sürən siyasi repressiyanın davamı kimi qiymətləndirib və ölkə başçısını ölkədə siyasi mötivli həbslərə son qoymağa çağırıb.

İdarə Heyəti növbəti prezident seçkilərinə vaxtından əvvəl start verilməsi ilə bağlı məsələyə münasibət bildirib və vaxt azlığının, maliyyə resurslarının məhdudluğunu, uzun müddət hakimiyyətin apardığı repressiv siyasət nəticəsində müxalifətlə xalq arasında əlaqələrin zəifləməsi şərtləri daxilində müxalif qüvvələrin bu seçkilərdə iştirakının bir sıra çətinliklər törədə biləcəyini diqqətə çatdırıb və hakimiyyəti qoyulan məhdudiyyətləri ardan qaldırmağa, seçkidə iştirak edəcək bütün tərəflərə bərabər şərait yaratmağa çağırıb.