XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2018 - 23:35

Səudiyyə Ərəbistanının hərbçiləri Azərbaycana gəlir –Açıqlama

Fevralın 6-dan 9-dək Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Müdafiə Nazirliyinin saytında bildirilib ki, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək.

Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq.