"Üçtərəfli formatların yaradılması tələbdən və beynəlxalq münasibətlərdəki problemlərin həllindən asılıdır".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Report"un Rusiya bürosunun müxbirinin Rusiya-Azərbaycan-Türkiyə və Rusiya-Azərbaycan-İran üçtərəfli görüşlərinin effektivliyi ilə bağlı sualını cavablandırarkən bildirib.
"Bu formatlar ehtiyac səbəbilə yaranır. Başqa formatlar da var – beşlik, altılıq, iyirmilik. Bu, sadəcə, bu anda bu və ya digər məsələnin həlli üçün zəruri olan alətdir. Bu, praqmatik yanaşmadır", – M.Zaxarova deyib.
Onun sözlərinə görə, belə formatlar, həqiqətən, öz məqsədlərinə nail olacağı təqdirdə, beynəlxalq münasibətlər tarixinə "qızıl hərflərlə" yazılacaq.