XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2018 - 15:12

Avropa İttifaqı Qarabağda müharibənin əleyhinə çıxdı:“Münaqişənin hərbi həlli yoxdur”

"Dağlıq Qarabağ münaqişəsi çox ciddi problem olaraq qalır".

"Report" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunları üzrə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib. O, Vyana, Sankt-Peterburq və Cenevrədə yüksək səviyyəli dialoqun bərpasını alqışlayıb və tərəfləri danışıqların intensivləşdirməyə və təmas xəttində gərginliyi azaltmağa çağırıb.

"Status-kvo dayanıqlı deyil və münaqişənin hərbi həlli yoxdur. Onun beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmaq lazımdır", – Mogerini qeyd edib.

Ali nümayəndə bildirib ki, Aİ ATƏT-in Minsk qrupunun səylərini və etimadın yaradılması üzrə tədbirlərini dəstəkləyir.