XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 Fevral 2018 - 10:45

Albaniya prezidenti Azərbaycana gələcək –VI Qlobal Bakı Forumunda iştirak etmək üçün

Albaniyanın Prezidenti İlir Meta Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcək.

Komitədən Strateq.az-a verilən məlumata görə, bu məqsədlə Albaniya Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulub.

İlir Metanın Forumda Balkan regionunda mövcud geosiyasi vəziyyətə həsr olunmuş panel müzakirələrdə iştirakı gözlənilir. Tədbir çərçivəsində həmçinin, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Ötən ilin aprelindən ölkəsinə rəhbərlik edən İlir Meta daha əvvəl Albaniyanın Baş naziri, Xarici işlər naziri və Parlamentin sədri vəzifələrində çalışıb.

Forumun işində İlir Meta ilə yanaşı, 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirlərinin iştirakı gözlənilir. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Albaniyanın sabiq prezidentləri Pexhep Meidani, Sali Berişa, Bamir Topi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür və onlar əvvəlki forumlarda, təşkilatın digər toplantılarında təmsil olunublar.