XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2018 - 20:17

Asim Mollazadə prezidentliyə namizəd olmayacaq:"Ancaq partiya seçki prosesini ciddi şəkildə müşahidə edəcək"

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 2018-ci il aprelin 11-nə təyin olunmuş Azərbaycan Prezidenti seçkiləri və partiyanın seçkidə iştirak forması ilə bağlı məsələləri müzakirə edərək müvafiq qərar qəbul edib.

Partiyanın mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, qərarda qeyd olunur ki, Prezident İlham Əliyevin prezident seçkilərinin keçirilməsi barədə 5 fevral 2018-ci il tarixli sərəncamı tamamilə qanunauyğundur və Demokratik İslahatlar Partiyası da bunu nəzərə alaraq seçkilərdə iştirak edəcək:

"Siyasi Şurasının seçkilərdə iştirak forması ilə bağlı qəbul etdiyi qərara əsasən, partiya seçkilərdə öz namizədi ilə iştirak etməyəcək. Ümumilikdə isə seçki prosesini ciddi şəkildə müşahidə edəcək və müşahidələrin nəticələrini seçkidən sonra ictimaiyyətə açıqlayacaq. Partiya üzvləri isə seçkilərdə iştirak etməkdə və istədikləri namizədi dəstəkləməkdə sərbəstdirlər".

Xatırladaq ki, partiyanın V qurultayında (30 yanvar 2016-cı il) seçkilərdə iştirakla bağlı qərar qəbul edilmiş, iştirak formasını müəyyənləşdirmək səlahiyyəti Siyasi Şuraya həvalə olunmuşdu.