XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

17 Fevral 2018 - 16:24

Milli Məclisin deputatları Rusiyadaseçkiqabağı prosesi izləyəcəklər

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Rauf Əliyev fevralın 19-da Rusiyaya səfər edəcək.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən bildirilib.  

Məlumata görə, azərbaycanlı deputatlar Rusiya Federasiyasında keçiriləcək prezident seçkisi ilə əlaqədar seçkiqabağı monitorinqdə iştirak edəcəklər, xüsusilə Moskva və Sankt-Peterburq şəhərlərində seçkiqabağı vəziyyət, prosesin təşkili ilə yaxından tanış olacaq, namizədlər tərəfindən təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə edəcəklər.

Səfər fevralın 23-də başa çatacaq.

Qeyd edək ki, Rusiya Federasiyasında prezident seçkisi bu il martın 18-də keçiriləcək.