XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2018 - 09:37

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Trend-in məlumatına görə, qərar  MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Qərarda bildirilir: “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır: Fəxrəddin Hümbət oğlu Namazov 30 saylı Suraxanı birinci, İlham Xudaş oğlu Abdulov 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.”