XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2018 - 14:20

MDB-nin seçki müşahidə missiyası Azərbaycana gələcək –Səfər tarixi məlum oldu

Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) uzunmüddətli müşahidə missiyasının ölkəyə gəlişi gözlənilir.

Bu barədə Trend-ə təşkilatdan məlumat verilib. Qısamüddətli müşahidə missiyasının isə seçkilərə 3-5 gün qalmış Azərbaycana gəlməsi planlaşdırılır. Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Seçkiqabağı təşviqat kampaniyası martın 19-u başlayıb aprelin 10-u saat 08:00-da başa çatacaq.