"Sumqayıt hadisələrinə görə təqsirləndirilən Əhməd Əhmədovun bəraət alması üçün hüquqi prosedurlara baxılacaq".
Bunu Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.
Müstəntiq deyib ki, Əhməd Əhmədov 1989-cu ildə güllələnib: "Hüquqi prosedurlara baxılacaq. Əsas olarsa, onun bəraət alması məsələsi nəzərdən keçirilə bilər".
Xarici İşlər Nazirliyi və Baş Prokurorluq da 1988-ci il Sumqayıt iğtişaşları ilə əlaqədar birgə bəyanat yayıb. (APA)