XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2018 - 09:20

Bu gün Milli Məclisin iclası keçiriləcək –On doqquz məsələ müzakirə olunacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Trend-in məlumatna görə, iclasda əvvəlcə Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi və təhsil sahəsində əməkdaşlıq sazişlərinin təsdiq olunması haqqında məsələyə baxılacaq.

Daha sonra İnzibati Xətalar Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "Yol hərəkəti haqqında", "Yeyinti məhsulları haqqında", "Standartlaşdırma haqqında", "Fitosanitar nəzarəti haqqında" və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.