XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2018 - 09:29

ABŞ Konqresinin üzvü 20 Yanvar və Xocalı ilə bağlı bəyanat verdi:“Sovet hökuməti çoxsaylı insanın həyatına son qoydu”

ABŞ-ın Nyu Cersi ştatını təmsil edən demokrat Konqres üzvü Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edərək bu faciələrdə həyatını itirmiş insanların xatirəsini yad edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, ABŞ Konqres üzvü Peyn bəyanatında 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycanın paytaxtı Bakı şəhərinə Sovet hökumətinin 1990-cı ilin 20 yanvar tarixində qoşun yeridərək çoxsaylı insanın həyatına son qoyduğunu vurğulayıb.

Konqres üzvü həmçinin Xocalıda həlak olmuş insanların xatirəsini yad edərək, həyatını itirmiş şəxslərin xatirəsinin əbədiləşdirilməli olduğunu qeyd edib. 

Konqres üzvü sonda planetimizdə azadlıq uğrunda müharibələrdə həlak olmuş bütün insanların ABŞ Konqresi tərəfindən ehtiramla yad edilməli olduğunu vurğulayıb.