XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2018 - 11:30

YAP İlham Əliyev üçün yığılmış imzaları MSK-ya təqdim edib –Açıqlama

namized-YAP-1.jpg

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu barədə APA-ya YAP-dan məlumat verilib. Məlumatda bildirilir ki, partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib