XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

23 Fevral 2018 - 12:46

 “Küveyt müharibədən zərər çəkən dövlətlərə yardımda fəal rol oynayıb” –SƏFİR

“Küveyt Dövləti yarandığı tarixdən bəri hər zaman ehtiyacı olan ölkələrə yardım etməyə səy göstərib, təbii fəlakətlərdən, müharibələrdən zərər çəkən dövlətlərə humanitar yardımların göstərilməsində böyük və fəal rol oynayıb”.

Strateq.az xəbər verir ki, bunu Küveyt Dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ölkəsinin milli bayramı ilə bağlı düzənlənən tədbirdə bildirib. Səfir vurğulayıb ki, bütün bunların nəticəsi olaraq ölkəsi BMT tərəfindən humanitar fəaliyyət mərkəzi adlandırılıb, 2014 cü il Nyu-Yorkda təşkil olunan tədbirdə qurumun baş katibi Küveyt Dövlətinin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahı humanitar fəaliyyət sahəsində xeyirxah işləri və töhfələrinə, eləcə də BMT-nin humanitar proqramlarına davamlı dəstəyinə görə “Humanist Lider” mükafatı ilə təltif edib: “Bu, Küveytin həyatın təməl prinsiplərinin qorunması naminə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətlinə bağlı inamının bariz nümunəsidir”.

Səfir əlavə edib ki, bu ilin 12-14 fevral tarixlərində Küveytdə İraqın yenidən qurulması ilə bağlı keçirilən Beynəlxalq Konfransda iştirak edən donor dövlətlər İraqın yenidən qurulması üçün bu ölkəyə 30 milyard ABŞ dolları məbləğində yardım göstərəcəyini bəyan edib. Öz növbəsində Küveyt də İraqa 2 milyard ABŞ dolları məbləğində maliyyə yardımı göstərməyi öhdəsinə götürüb.

Laçın

Strateq.az