"Xocalı XX əsrdə baş vermiş ən dəhşətli hadisələrdən biridir".
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, tarixi öyrənmək vacib olduğu kimi, bu cür hadisələrin bir daha təkrarlanmaması üçün çalışmaqla yanaşı, parlaq gələcək üçün birgə işləmək lazımdır.