XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2018 - 10:00

“Bəşər Əsəd hakimiyyətdən getsin, getməsin?”Suriya müxalifəti vahid qərara gələ bilmir

 

Suriyadakı və kənardakı müxalif qruplaşmaların Suriya münaqişəsinin tənzimlənməsi yolları və Bəşər Əsəd rejiminin gələcəkdə hakimiyyətdə saxlanması məsələsi üzrə fərqli baxış nöqtələri var.

Strateq.az “Anadolu” agentliyinə istinadən bildirir ki, Suriya hüdudlarından qıraqdakı müxalifət Əsəd rejiminin iştirakı olmadan siyasi keçid prosesi uğrunda qətiyyətlə çıxış edir. Lakin Suriyanın özündəki müxalif qrupların (demokratik dəyişiklilər uğrunda Milli Əlaqələndirmə Şurası, “Qahirə” və “Moskva” platformaları) təmsilçiləri Suriyanın əsas müxalif qruplaşmalarının iştirakıyla “ər-Riyad-2” konfransının yekun bəyannaməsini imzaladığına baxmayaraq bu məsələ üzrə hələ də mövqelərini müəyyən etməyiblər. Suriya inqilabi və müxalif qüvvələri Milli Koalisiyası da (SİMQMK) 2012-ci il 30 iyun tarixli Cenevrə kommunikesi və BMT TŞ-nın 2254 saylı qətnaməsi əsasında siyasi keçid prosesi haqda “ər-Riyad-2” konfransının yekun bəyannaməsini imzalayıb.

SİMQMK başçısı müavini Əbdürrəhman Mustafa keçid siyasi prosesi olmadan Suriyada siyasi tənzimləməni mümkünsüz sayır. Mustafa “Anadolu” agentliyinə deyib: “Milli koalisiya əmindir ki, Suriya münaqişəsinin tənzimlənməsinə yol BMT rəhbərliyi altındakı prosesdən keçir. Keçid prosesi referendumun yekunları üzrə təsdiqlənən Konstitusiyanın qəbuluyla parlament və prezident seçkilərindən sonra başa çatmalıdır”.

Astana danışıqlarına qatılmiş Suriya silahlı müxalifətinin nümayəndə heyəti də hesab edir ki, Suriya münaqişəsinin tənzimlənməsinə yol 2012-ci il 30 iyun tarixli Cenevrə kommunikesi və BMT TŞ 2254 saylı qətnaməsinin gerçəkləşməsindən keçir.

Suriya silahlı müxalifəti nümayəndə heyəti hüquq komitəsinin başçısı Yasir əl-Fərhan qeyd edib ki, Suriya münaqişəsinin tənzimlənməsinə yol 2012-ci il 30 iyun tarixli Cenevrə kommunikesi və SİMQMK-in bəyəndiyi BMT TŞ 2254, 2118 saylı qətnamələrinin gerçəkləşməsindən keçir.   

Onun sözlərinə görə, müxalifət Suriyada ordu və polisin fəaliyyətinə tam nəzarət edəcək idarəçilik qurumunun yaradılması ideyasına tərəfdardır. Komitə başçısı hesab edir ki, keçid prosesi 12 milyon suriyalının Suriyaya qayıtması və hərbi canilərin, o cümlədən Bəşər Əsəd və rejimin başqa təmsilçilərinin hakimiyyətdən uzaqlaşdırılmasını nəzərdə tutmalıdır.

əl-Fərhanın sözlərinə görə, Suriyanın yeni Konstitusiyasının qəbulu məsələsi üzrə yalnız Suriya xalqı səs hüququna malikdir.