ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri və “Rusiya işi”nin fiqurantlarından biri Riçard Geyts ABŞ-a qarşı işbirliyində və 30 milyon dollar məbləğində vergi ödəməkdən yayınmaqda özünü günahkar bilib.
Strateq.az xarici nəşrə istinadən bildirir ki, o, işin ikinci fiqurantı – prezidentin seçkin qərargahının keçmiş başçısı Pol Manfortun göstərişilə hərəkət etdiyini bildirib. Onlar ABŞ-da lobbiçilik fəaliyyəti aparılması faktlarını gizlədərək Amerika idarələrinə dəfələrlə birlikdə yalan məlumat təqdim ediblər.
Kolumbiya dairəsi federal məhkəməsinin sənədlərində xəbər verildiyi kimi, Geyts 2008-2014-cü illər dövründə milyonlarla dollar köçürmə alıb və vergi ödənişini gizlədib.
Müttəhim boynuna alıb ki, Ukraynanın və respublikanəın keçmiş prezidenti Viktor Yanukoviçin Bölgələr Partiyasının ABŞ-da maraqlarına lobbiçilik etməkdən ötrü Pol Manfortla işbirliyinə girib. Avropa ölkələrindən keçmiş yüksəkçinli siyasətçilər də bu fəaliyyətə qoşulublar.
Tramp qərargahının keçmiş başçısı aldığı vəsaitləri kredit kimi qələmə verib. Geyts qeyd edib ki, Manafortun bank hesabları haqda məlumatı gizlətmək üçün “onun razılığı ilə” yalan maliyyə hesabatları təqdim edib. Manafortu pulların yuyulması və ABŞ hökumətindən xəbərsiz xarici hökumətə işləməkdə ittiham edirlər. İttiham elan ediləndən sonra Manafort 10 milyon dollarlıq girovla ev dustaqlığına keçirilib.