XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2018 - 12:57

Ukrayna XİN:"Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatı münasibətləri möhkəmləndirəcək"

Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə imkan verəcək.

Bu barədə Trend-ə Ukrayna Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, Ukrayna Azərbaycan və Türkiyə ilə ənənəvi dostluq münasibətlərinə malikdir və hər iki tərəf Ukrayna ilə strateji tərəfdaşdır:

"Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı ölkələr arasında münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə kömək edəcək və Azərbaycan və Türkiyənin digər üçtərəfli əməkdaşlıq formatlarında uğurla reallaşdırdığı layihələrə analoji olaraq qarşılıqlı faydalı layihələrin işlənib hazırlanmasına imkan verən platforma olacaq".

Qeyd edək ki, bundan öncə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev martın 6-da Bakıda Azərbaycan-Ukrayna-Türkiyə formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələrin keçiriləcəyini bildirmişdi.