XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2018 - 20:45

Sərdar Cəlaloğlunun imzatoplama kampaniyasına start verildi –ADP-dən açıqlama

Məlum olduğu kimi, fevralın 24-də Mərkəzi Seçki Komissiyasının növbəti iclasında 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Cəlaloğlunun namizədliyinin irəli sürülməsi təsdiq olunub. 

Partiyadan Strateq.az-a verilən məlumata görə, S.Cəlaloğlunun namizədliyinin müdafiəsi üçün imza vərəqələri bu gün MSK-dan alınıb. 

ADP Mərkəzi Seçki Qərargahı (MSQ) qabaqcadan planlaşdırıldığı kimi kənd rayonlarında Bakı və Sumqayıt şəhərlərində yerləşən seçki dairələrində imzatoplama kampaniyasını həyata keçirəcək. 

ADP Mərkəzi Seçki Qərargahından verilən məlumata görə, imzatoplama kampaniyasına böyük maraq müşahidə olunur: "Partiyanın üzv və tərəfdarları, ADP-yə simpatiyası olan ziyalılar bu kampaniyada iştirak etmək üçün müraciət edirlər. İmzatoplama kampaniyasında həmçinin ADP ilə ənənəvi əməkdaşlıq edən partiyalar da iştirak edəcək".