XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Fevral 2018 - 14:20

Erkin Qədirli:“Cinayətin soyqırım sayılması üçün kütləvi qırğının olması yetərli deyil”

 “Xocalı qətliyamı soyqırımıdırmı? Bunu ayrıca sübut etmək lazım gələcək. Hüquqda, bir cinayətin soyqırımı sayılması üçün sadəcə kütləvi qırğının olması yetərli deyil”.

Meydan TV xəbər verir ki, bunu Facebook sosial şəbəkəsindəki səhifəsində hüquqşünas Erkin Qədirli yazıb.

O qeyd edib ki, bu məsələdə iki önəmli məqam vardır: “Qırğına məruz qalmış insanların dörd (milli, etnik, irqi, ya da dini) meyara görə öldürüldüyünü sübut etmək gərəkdir. İkincisi, xüsusi (yuxarıdakı meyarların birinə görə qrupu, bir qrup kimi (!!!) bütövlükdə, ya da qismən məhv etmək) məqsədini sübut etmək gərəkdir”.

O vurğulayıb ki, birinci məqam aydındır – Xocalıda öldürülmüş insanlar konkret etnik qrupa aid olduqlarına görə öldürüblər: “İkinci məqam isə çox çətindir. Soyqırım cinayətlərinin xüsusi məqsədi – belə işlərin (sübutetmə baxımdan) ən çətin tərəfidir. “Bir qrup kimi” (İngiliscə – “as such”) ifadəsi sübutu ən çətin olan əlamətidir bu cinayətin. Həm keçmiş Yuqoslaviya, həm də Ruanda üçün qurulmuş beynəlxalq tribunallar bu çətinliklə üzləşiblər. Ona görə də daimi Beynəlxalq Cinayət Məhkəməsinin nizamnaməsində, soyqırımından əlavə, mülki əhalini soyqırım əlamətləri olmadan kütləvi məhvetmə (extermination) cinayətini yazmalı oldular”.

Onun sözlərinə görə, ikincini sübut etmək nisbətən asandır: “Odur ki, sırf məhkəmə perspektivi baxımdan, Xocalı qətliamını soyqırımı deyil, mülki əhalini soyqırımı əlamətləri olmadan kütləvi məhvetmə (extermination) kimi tövsif etmək olardı (taktiki olaraq). Cinayət Məcəlləmizin 105-ci maddəsində həmin cinayət təsbit olunub. Bu cinayətin cəzası soyqırımı cinayətinin cəzasıyla eynidir”.

E.Qədirli həmçinin xatırladıb ki, Azərbaycan Soyqırım Konvensiyasına 1996-cı ildə qoşulub, Ermənistan isə 1992-ci ildə: “2000-ci ilə qədər ölkəmizin Cinayət Məcəlləsində soyqırım cinayəti olmayıb. Ona qədər Prokurorluq, istintaqı “ağırlaşdırıcı hallarda (iki və daha çox şəxsi) qəsdən adamöldürmə” cinayəti üzrə aparıb. Prokurorluğun burada heç bir günahı yoxdur, qanunda olmayan cinayətə görə istintaqa başlaya bilməzdi (“nullum crimen sine lege” prinsipi)”.