Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, partiyanın prezidentliyə namizədi Sərdar Cəlaloğlu Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Harayı” abidəsini ziyarət edib.
ADP-nin Seçki Qərargahından verilən məlumata əsasən, partiya rəhbərliyi və üzvlərinin də qatıldığı ziyarət zamanı “Xocalı soyqırımı” abidəsinin önünə gül dəstələri qoyulub, soyqırım qurbanlarının ruhuna dualar oxunub.