XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

16 Aprel 2015 - 08:50

Müsavat başqanı Avropa Parlamentinin qərarını pislədi

Müsavat başqanı Avropa Parlamentinin qərarını pislədi

Arif Hacılı: “Avropa Parlamentinin bu qərarı təhlükəsiz dünya, dinc yanaşı yaşama, tolerantlıq kimi zəruri dəyərlərin inkişafına zərbədir”

“Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qərarı elmi, tarixi baxımdan yanlış, siyasi baxımdan çox zərərlidir”.
Musavat.com bildirir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb . Həmin rəyi təqdim edirik:
“Avropa Parlamentinin “erməni soyqırımı”ilə bağlı qərarı elmi, tarixi baxımdan yanlış,siyasi baxımdan çox zərərlidir. Bu qərar Avropa Birliyinin nüfuzuna sarsıdıcı zərbədir. Ermənistanın bugünkü işğalçılıq siyasətinə dolayısı ilə haqq qazandırmaqla yanaşı, Qarabağ probleminin diplomatık üsullarla həlli yolunda daha bir maneə yaradır. İndiki həssas məqamda konfessiyalararası etimadı azaldır. Avtoritar rejimlərin Qərbin ikili standartlar tədbiq etdiyi barədə təbliğatına əsas verir. Avropa Parlamentinin bu qərarı həm də təhlükəsiz dünya, dinc yanaşı yaşama, tolerantlıq kimi zəruri dəyərlərin inkişafına zərbədir.”