XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2018 - 19:24

Qüdrət Həsənquliyev üçün 92 seçki dairəsindən 45000 imza toplandı –Partiyadan açıqlama

BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin imzatoplama kampaniyası başa çatıb.

Bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

Onun sözlərinə görə, artıq imzalar yekunlaşıb, sabah Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək:

"BAXCP-nin çox güclü rayon şöbələri var. BAXCP sədrinin imza toplama kampaniyasını 60 rayon şöbəsi toplayıb. Gözlənildiyi kimi, 92 seçki dairəsindən 45 000 imzanı topladıq. Qanunvericilikdə 60 seçki dairəsini əhatə etməlidir. Sadəcə, bizim partiyanın potensialı buna imkan verdi ki, 92 seçki dairəsindən imzalar toplansın. Bu gün partiyanın seçki qərargahında bütün imzalar yoxlanıldı və sabah müvaqfiq sənədlərlə birgə imzaları MSK-ya təqdim edəcəyik."