XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2018 - 19:51

REAL müxalifətin birgə mitinqinə qatılmaqdan imtina etdi:“Təşkilatçı kimi iştirak etməyəcək”

REAL hərəkatı Milli Şuranın sədri Cəmil Həsənlinin mitinqlərdə birgə iştirakla bağlı çağırışına cavab verib.

REAL-ın yaydığı məlumata görə, təşkilat Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək: "Sərbəst toplaşmaq hüququ xalqın, vətəndaşların fundamental, konstitusiyada təsbit olunmuş hüquqlarından biridir. Mitinqləri, kütləvi aksiyaları təşkil etmək siyasi təşkilatların fəaliyyət istiqamətlərindən biridir, hər bir təşkilatın kütləvi aksiyalar keçirmək hüququ var. REAL təşkilatı yarandığı ilk gündən bütün qərarları kollektiv şəkildə, ciddi müzakirələrdən sonra verir, elə bu dəfə də cox ciddi, hərtərəfli müzakirələrdən sonra REAL təşklatı Milli Şuranın təşkil etdiyi mitinqlərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək, amma üzvlərimizin kütləvi tədbirlərdə öz vətəndaş hüquqlarından istifadə etmələrini öz qərarlarına buraxacaq".

Açıqlamada deyilir ki, REAL təşkilatı olaraq bu seçkilərin öncəsi, seçki günü və seçkidən sonrakı proseslər haqqında həm ölkə, həm də beynəlxalq ictimayəti məlumatlandırmaq, həqiqətləri bəyan etmək üçün fəaliyyət planı qəbul edib, həyata keçirəcək.