XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

05 Mart 2018 - 21:26

Tofiq Zülfüqarov:“Putinin nüvə təhdidi daxili auditoriya üçün mesajdır”

“Putinin nüvə təhdidi ilk növbədə daxili auditoriya üçün mesajdır.  Qərbə müraciət etsə də, əsas məqsədi daxili auditoriyaya xitab etmək idi. Amma onun bu təhdidinə xarici reaksiya elə də ciddi olmadı”.

Bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya prezidentinin son bəyanatını “Yeni Müsavat”a şərh edərkən bildirib. “Amerika deyib ki, biz bu silahları izləyirik, hələlik heç bir nəticə yoxdur. Makron və Merkelin, Avropa İttifaqının bəyanatı olub. Amma bunlar çox emosiyasız, sadə bir reaksiyadır. Çinin reaksiyası isə çox xarakterik oldu. Hamı başa düşür ki, bu çıxış seçkiqabağı daxili auditoriyaya yönəlib.

Sabiq nazirin sözlərinə görə, Rusiyanın xarici siyasəti böhran vəziyyətindədir, burada nə isə irəliləyiş gözləmək çətindi: “Ona görə əsas məqsəd daxili siyasətdə müxalif fikirlərin yayılmasın qarşısını almağa hesablanıb”.

Eks-nazir mütəxəssis olmadığından Rusiyanın belə bir dağıdıcı silaha malik olub-olmadığı barədə konkret fikir bildirməyin asan olmadığını bildirdi: “Dəqiq nə isə demək çətindir. Texniki mütəxəssislər deyir ki, belə bir silahlar var, amma sınaq səviyyəsindədir”.

Putinin zəifliyi, yaxud qorxaqlığı barədə Qərbdəki yanaşmalara gəldikdə, eks-nazir dedi ki, Ukrayna ilə bağlı vəziyyət Rusiyanın izolyasiyasına gətirib çıxarıb: “Putinin addımını dünya qəbul etmədi, böhran da burdan başladı. Rusiyanın özünü hamıya bərabər oyunçu kimi göstərməsi də onun əleyhinə işlədi. Suriyada da Rusiya digər ölkələrdən, oyunçulardan birinə çevrilib. Yəni Rusiya digər oyunçulardan biridir, bu proseslər ona əlavə dividentlər qazandırmayıb. Suriya və Ukrayna hadisələrindən sonra Putinin dəstəyi zəifləyib, ona görə də belə addımlar atır”. Sabiq nazir ölkəsini dünya ilə üz-üzə qoyması şəraitində seçkiyə gedən Putinlə bağlı proqnozlarını da bölüşdü: “Seçkidə böyük dəyişiklik gözləmirəm. Amma daxili siyasət üçün komandanın bəzi üzvlərinin dəyişməsi labüddür”. Maraqlıdır, bu dəyişiklik başında erməni nazirin dayandığı XİN-i də əhatə edəcəkmi? T.Zülfüqarov dedi ki, bir sıra problemlər, həmçinin kokain səs-küy ilə bağlı böyük problemlər fonunda bu addımın atılması məntiqli görünərdi: “Həm də Lavrovun təqaüd yaşı çatıb”.