XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2018 - 15:13

 AMİP-dən açıqlama:“Milli Şuranın mitinqində iştirak etməyəcəyik, bizim üçün aktual deyil”

“AXCP – Müsavat partiyalarının birgə keçirəcəkləri mitinq barədə AMİP-ə müraciət olunmayıb. Əgər belə müraciət edilsəydi, partiyanın müvafiq qurumlarında müzakirəyə çıxarılardı”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü Əli Orucov müxalifətin 10 mart aksiyası ilə bağlı Strateq.az-a danışarkən deyib.

Onun sözlərinə görə, partiya Milli Şuranın təyin etdiyi 10 mart mitinqində iştirak etməyəcək. Lakin partiya üzvlərinin aksiyada sərbəst iştirakına hər hansı məhdudiyyət qoyulmayıb: “Biz partiya üzvlərinin konstitusiyon hüquqlarına qadağa qoya bilmərik. Hər bir AMİP üzvü mitinqdə iştirakla bağlı qərarında sərbəstdir”.

Ə.Orucov partiyanın etiraz aksiyaları ilə bağlı mövqeyini də açıqlayıb: “Mitinqlər hələlik AMİP üçün aktuallıq kəsb etmir”.

Strateq.az