XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2018 - 14:14

ATƏT sədri:"Dağlıq Qarabağla bağlı həmsədrlərin fəaliyyətini dəstəkləyirik"

"ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir."

"Report"un verdiyi xəbərə görə, bu barədə təşkilatın fəaliyyətdə olan sədri, İtaliya XİN başçısı Ancelino Alfano Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı deyib. O bildirib ki, biz Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməyə davam edəcəyik.

Onun sözlərinə görə, ATƏT bu il əsas diqqətini Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstan münaqişəsi daxil olmaqla, uzanan münaqişələrin həllinə yönəldəcək.

Xatırladaq ki, İtaliya ATƏT-ə bu il sədrlik edir.